• Bakı 18° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Demirelin yeni klubu bəlli oldu

İDMAN

28 Oktyabr 2025 | 15:22

Demirelin yeni klubu bəlli oldu

Türkiyə yığmasının və "Fənərbağça"nın keçmiş qapıçısı Volkan Demirel "Gənclərbirliyi" klubunun baş məşqçisi olacaq.

Bakıvaxtı.az  "Ajanspor"a istinadən xəbər verir ki, Ankara klubu məlumatı təsdiqləyib.

"Gənclərbirliyi"nin Mətbuat Xidmətinin rəhbəri Aykut Çakmaklı açıqlamasında - "Volkan Demirellə prinsipial razılığa gəldik. Məşqçi bu gün Ankarada olacaq", - deyib.

Sabiq qapıçı paytaxt klubunda Hüseyn Eroğlunu əvəzləyəcək.

Xatırladaq ki, uğursuz mövsüm keçirən "Gənclərbirliyi" hazırda Türkiyə Superliqasında 10 turdan sonra 8 xalla 15-ci pillədə mövqe tutub. V.Demirelin çalışdırdığı son komanda "Bodrum" olub. Türkiyəli mütəxəssis karyerası boyunca "Fatih Karagümrük" və "Hatayspor"a da rəhbərlik edib.


SON XƏBƏRLƏR