• Bakı 20° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Aİ: İordan çayının qərb sahilinin ilhaqı qanunsuzdur

DÜNYA

28 Oktyabr 2025 | 13:49

Aİ: İordan çayının qərb sahilinin ilhaqı qanunsuzdur

İordan çayının qərb sahilinin ilhaqı təklifinin İsrail parlamenti Knesset tərəfindən ilkin təsdiqlənməsi beynəlxalq hüququn pozulmasıdır. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Aİ xarici işlər naziri Kay Kallasın sözçüsü Ənvər əl-Anuni Brüsseldə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, sözügedən ilhaq beynəlxalq hüquq baxımından qanunsuzdur: 

"Biz bu sahədə istənilən irəliləyişi beynəlxalq hüququn pozulması kimi qiymətləndiririk. Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının 1967-ci il sərhədləri əsasında qəbul etdiyi qətnamələri nəzərə alaraq, işğal olunmuş Fələstin əraziləri üzərində İsrailin suverenliyini tanımamaq ənənəsi uzun müddətdir".

Gülşən Şərif


SON XƏBƏRLƏR