Rusiya Dövlət Dumasının deputatları plenar iclasda bütün təqvim ili ərzində müddətli hərbi xidmətə çağırışın həyata keçirilməsini nəzərdə tutan qanun layihəsini üçüncü, yəni son oxunuşda qəbul ediblər.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Sənəd 2025-ci il iyulun 22-də parlamentin müzakirəsinə Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov və onun birinci müavini Andrey Krasov tərəfindən təqdim olunub. Qanun layihəsi birinci oxunuşda sentyabrın 24-də, ikinci oxunuşda isə oktyabrın 21-də qəbul edilib.
Yeniliklərə əsasən, tibbi müayinə, peşəkar-psixoloji seçim və çağırış komissiyasının iclasları öncədən müəyyən edilmiş dövrlərdə deyil ilboyu keçiriləcək. Bununla belə, sənəddə qeyd olunur ki, əsgərliyə göndərişlər faktiki olaraq ildə iki dəfə - 1 aprel–15 iyul və 1 oktyabr–31 dekabr tarixləri arasında həyata keçiriləcək.
Bakı 


