• Bakı 20° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Estoniya hərbi Şengen yaradılmasını təklif edir

DÜNYA

28 Oktyabr 2025 | 13:50

Estoniya hərbi Şengen yaradılmasını təklif edir

Estoniyanın müdafiə naziri Hanno Pevkur hesab edir ki, Avropa İttifaqı ölkədən-ölkəyə silahların sürətli daşınmasını təmin edəcək “hərbi Şengen” sistemi yaratmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, İspaniyanın “El País” qəzetinə müsahibəsində bildirib.

“Müdafiə planlaşdırılması və hərbi planlaşdırma NATO-nun vəzifəsidir. Bizə elə bir “hərbi Şengen” lazımdır ki, əgər İspaniyadan Estoniyaya nəsə çatdırmaq lazım gələrsə, bunun üçün heç bir sənədləşmə aparmadan tez hərəkət edə bilək”, - Hanno Pevkur qeyd edib.

Nazir əlavə edib ki, “Avropa İttifaqı da miqrasiya böhranı dövründə olduğu kimi, üzv dövlətlərə yardım göstərilməsi, birgə maliyyələşdirmə və satınalmalar məsələsində kollektiv şəkildə qərar qəbul edə bilər”.

Pevkurun fikrincə, Ukraynanın “Tomahavk” raketlərini əldə etməsi, çox güman ki, münaqişənin gedişatını dəyişməyəcək.


SON XƏBƏRLƏR