ABŞ insan hüquqları sahəsində fəaliyyətinin planlı icmalında iştirakdan imtina edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Cenevrədəki missiyasının BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türkə ünvanladığı məktubda deyilir.
"ABŞ noyabrın 7-də Cenevrədə keçirilməsi planlaşdırılan Unikal Dövri İcmalda (UPR) iştirak etməyəcək", - məktubda qeyd edilib.
UPR-BMT-yə üzv olan 193 dövlətin hamısının insan hüquqlarının vəziyyətini qiymətləndirmək üçün hər 4-5 ildən bir keçməli olduğu bir yoxlamadır.