• Bakı 25° C

    10.3 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Kiyevə atılan raketlərdən biri Azərbaycan səfirliyinin yaxınlığına düşüb - YENİLƏNİB

SİYASƏT

28 Avqust 2025 | 18:28

Kiyevə atılan raketlərdən biri Azərbaycan səfirliyinin yaxınlığına düşüb - YENİLƏNİB

28 avqustun tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə  bildirib.

O qeyd edib ki, bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib.

"Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir", - XİN rəsmisi vurğulayıb.

***

18:00

Rusiyanın gecə saatlarında Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Telegram kanallarında məlumat yayılıb.

    Azərbaycan səfirliyinin 100 metr aralığına düşən raket yanğına və güclü partlayışa səbəb olub.

    Qeyd edək ki, Rusiya ordusunun ötən ay Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb. Nəticədə Azərbaycanın Ukraynadakı səfirliyinin yanında partlayış baş verib.


    SON XƏBƏRLƏR