• Bakı 24° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

"Meydan TV" işi: Əhməd Muxtar saxlanıldı

CƏMİYYƏT

28 Avqust 2025 | 19:53

Meydan TV işi: Əhməd Muxtar saxlanıldı

"Meydan TV" işi üzrə daha bir nəfər məsuliyyətə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, Xətai rayon Məhkəməsinin qərarı ilə foto-müxbir Əhməd Muxtarın barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu gün Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı, Ülvi Tahirov, Nurlan Qəhrəmanın (Libre), Ülviyyə Əli barəsində yekun ittiham elan olunub.

Bu gün həmçinin Əhməd Muxtara da yekun ittiham elan olunub. İş üzrə ibtidai istintaq yekunlaşıb. Yaxın günlərdə cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, 2024-cü ilin dekabrında "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı , mayın 7-də isə Ülviyyə Əli saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.

Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.


SON XƏBƏRLƏR