• Bakı 24° C

    10.3 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Azərbaycanın turizm potensialı Astana və Almatıda təqdim edilib

DÜNYA

28 Avqust 2025 | 15:41

Azərbaycanın turizm potensialı Astana və Almatıda təqdim edilib

Azərbaycanın Qazaxıstandakı səfirliyi Azərbaycan Turizm Bürosunun Astana və Almatı şəhərlərində təşkil etdiyi tədbirlər haqqında məlumat paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.

Bu tədbirlər çərçivəsində keçirilən görüşlərdə iki ölkənin turizm sənayesinin nümayəndələri iştirak ediblər.

"İştirakçılara Azərbaycanın çimərlik turizmi imkanları, dağ-xizək kurortları, sağlamlıq və spa mərkəzləri, mədəni və qastronomi marşrutları təqdim edilib, həmçinin "Formula 1 Qatar Airways" Azərbaycan Qran-prisi 2025" beynəlxalq tədbiri haqqında məlumat verilib", - paylaşımda qeyd olunub.

"B2B" formatında keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlıq üçün konkret imkanlar müzakirə edilib.


SON XƏBƏRLƏR