Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxsin barəsində cinayət işi açılıb.
Bu barədə Bakıvaxtı.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Abuzərov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
14:58
Abşeronda qətl törədilib.
Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, 1971-ci il təvəllüdlü Adil İmambaxışova bıçaq xəsarətləri yetirib. O, aldığı xəsarətlərdən ölüb.
Polis əməkdaşları Vüqar Abuzərovu saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.