• Bakı 16° C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Ürək əməliyyatı keçirmiş kişi öldürüldü - Kürəkəni saxlanıldı

HADİSƏ

27 Sentyabr 2025 | 09:52

Ürək əməliyyatı keçirmiş kişi öldürüldü - Kürəkəni saxlanıldı

Sentyabrın 25-də Xaçmaz rayonunun Mürşüdoba kəndində qətl hadisəsi baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı Xudat şəhər sakini, 1973-cü il təvəllüdlü İlham Hüseynov öldürülüb. 

Polis və prokurorluq əməkdaşları tərəfindən müəyyən edilib ki, ölüm faktı mübahisə zəminində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Orxan Hacıbəlyev qayınatası İlham Hüseynovun sinə nahiyəsinə yumruq zərbəsi endirib. Aldığı xəsarət nəticəsində ürək əməliyyatı keçirmiş İ.Hüseynov hadisə yerində ölüb.

O.Hacıbəlyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. 

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

26 Sentyabr 2025