• Bakı 18° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

 "Əcəmi dairəsi"ndə "avtoş"luq edənlər saxlanıldı

HADİSƏ

25 Oktyabr 2025 | 17:25

 Əcəmi dairəsində avtoşluq edənlər saxlanıldı

Bakının Nəsimi rayonunda gecə saatlarında sakinlərin rahatlığını pozan, yol hərəkəti qaydalarına riayət etməyən sürücülər və digər hüquqpozmalara yol verən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

DİN mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Əcəmi dairəsi" adlanan ərazidə gecə saatlarında keçirilən tədbirlərlə avtoxuliqanlıq hərəkətlərinə yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 4 sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Paytaxt ərazisində sakinləri narahat edən bu cür halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


SON XƏBƏRLƏR