• Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Qızın komaya düşməsinə görə klinika barədə protokol hazırlanıb

HADİSƏ

24 Noyabr 2025 | 16:32

Qızın komaya düşməsinə görə klinika barədə protokol hazırlanıb

Uğursuz rinoplastika əməliyyatı səbəbi ilə Səhiyyə Nazirliyinə "MedAura" klinikası ilə bağlı protokol göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, noyabrın 7,12 və 13-də klinikada keçirilmiş plandankənar (növbədənkənar) yoxlamalar keçirilib:

"Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülmüş və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib".

Qeyd edək ki, Bakıda "MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib.


SON XƏBƏRLƏR