Zaqatalada 5 ailənin yaşadığı binada yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Qazangül qəsəbəsində baş verib. 5 ailənin yaşadığı, birmərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları və bir mənzilin mətbəxtinin bir hissəsi yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
















