• Bakı C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Yasamalda baş verən yanğın söndürüldü - FOTO - VİDEO - YENİLƏNDİ

HADİSƏ

24 Dekabr 2025 | 16:44

Yasamalda baş verən yanğın söndürüldü - FOTO - VİDEO - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

16:00

Bakıda fərdi yaşayış evi yanır.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Yasamal rayonu, 2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 


SON XƏBƏRLƏR