• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

HADİSƏ

24 Noyabr 2025 | 12:54

Dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək avtomobil alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min manatdan artıq pul vəsaitlərinin ələ keçirildiyini bildiriblər.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı E.Qulamov saxlanılıb.

Araşdırmalarla E.Qulamovun zərərçəkənlərdən birinə məxsus “Nissan” markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini ikinci şəxsə satacağı vədi ilə onun da pulunu ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

23 Noyabr 2025