• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi - FOTO

HADİSƏ

23 Dekabr 2025 | 16:11

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi - FOTO

Siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq üzrə daha bir nəfər həbs edilib.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, sahibkar Ruslan Eyyubov saxlanılıb.

İş adamı Ruslan Eyyubov barəsində Binəqədi rayon Məhkəməsində daxil olan təqdimata baxılıb.

Onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 213-1.2.1 və 213-1.2.3 cü (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı, külli miqdarda və qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri üzrə ittiham elan olunub.

Qeyd edək ki, Ruslan Eyyubov Bəylər Eyyubovun qardaşı oğludur.


SON XƏBƏRLƏR