Cəlilabadda yolun buz bağlaması qəzaya səbəb olub.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə yeni Ələt–Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan minik avtomobilinin sürücüsü körpünün altından keçərkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil sürüşərək yol kənarına aşıb.
Qəza zamanı avtomobildə olan iki nəfər — Lənkəran sakinləri ağır bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, qəzaya körpünün alt hissəsinin buz bağlaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



