Bu gün paytaxtın Keşlə qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.
DİN-dən Bakıvaxtı.az-a bildirilib ki, şübhəlilər dilənçi və tüfeyli həyat sürən şəxslər olub.
Onlar mağazadan bir neçə qutu tütün məmulatını talayıblar.
Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
***
15:53
Fevralın 20-də günorta saatlarına Bakının Keşlə qəsəbəsində soyğun hadisəsi baş verib.
Bakıvaxtı.az Globalinfo.az-a istinadən xəbər verir ki, 5-6 qadın qara çadrada, üzlərində niqab Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar əllərində bıçaq, ülgüc tutaraq kassada işləyən əməkdaşları hədələyib, oradakı pulu götürüblər.
Hadisə şahidlərinin sözlərinə görə, soyğunçular Azərbaycan dilində danışıblar, həmçinin aralarında başa düşülməyən başqa dildə də söhbət ediblər. Hadisə şahidləri onu da bildirib ki, marketə basqın edən qadınlar əllərinə pipetli əşya olub, ordan öz ağızlarına maye fısqırdırmışlar.
Bütün soyğun prosesi marketin müşahidə kameraları tərəfindən qeydə alınıb.
Bakı 




