• Bakı C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Avtomobil motosikletlə toqquşdu - Ölən var

HADİSƏ

22 Yanvar 2026 | 11:42

Avtomobil motosikletlə toqquşdu - Ölən var

Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə nəticəsində motosikletin sürücüsü 19 yaşlı Ramal Səfərli həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

"Bu hadisədə 19 yaşlı gənc həyatını itirdi. Növbəti belə qəzaların baş verməməsi üçün qaydalara əməl etmək vacibdir. Yollarda faciələrin yaşanmaması üçün hərəkət iştirakçıları diqqətli olmalı və ən əsası yol hərəkəti qaydalarına riayət etməlidirlər", NİİM-dən bildirilib.

***

09:38

Bakıda avtomobil motosikletlə toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Şəfizadə Tural Cəmşid oğlu idarə etdiyi "Renault Megane" markalı avtomobil ilə hərəkətdə olan zaman Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində əks istiqamətində hərəkətdə olan 2007-ci il təvəllüdlü Səfərli Ramal Elnur oğlunun idarə etdiyi "İhondza FX32" markalı motosiklet ilə toqquşub.

Nəticədə Ramal Səfərli ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.


SON XƏBƏRLƏR

10 Mart 2026