Gəncə şəhərində "BakuBus"ın iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, yanvarın 22-də saat 10:00-da 1995-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Üz nahiyəsinin sıyrılmış yaraları, döş qəfəsinin sağ tərəfinin əziyi, qabırğanın sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
***
11:05
Gəncədə qadın piyadanı sərnişin avtobusu vurub.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Hərəkətdə olan "BakuBus"a məxsus sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdü N.Zeynalovanı vurub. Qadın piyada xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




