• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avtomobildən bank kartı oğurladı - Saxlanıldı

HADİSƏ

22 Yanvar 2026 | 11:25

Avtomobildən bank kartı oğurladı - Saxlanıldı

Abşeron rayonu Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sakin polisə müraciət edərək “Hyundai” markalı nəqliyyat vasitəsindən bank kartının oğurlandığını, daha sonra həmin kartda olan pul vəsaitinin çıxarıldığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Mirzəyev saxlanılıb.

Bundan başqa Binəqədi və Qaradağ rayonlarında məişət əşyaları, inşaat materialları, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən A.İsmayılov və M.Əzizov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026