• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda partlayış baş verən plazada 8 il əvvəl də yanğın olubmuş - FOTO

HADİSƏ

24 Noyabr 2025 | 11:28

Bakıda partlayış baş verən plazada 8 il əvvəl də yanğın olubmuş - FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində partlayış olub.

Partlayış AFEN plazada baş verib. Hadisə zamanı xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Onlardan bir nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, 8 il əvvəl də eyni obyektdə yanğın baş verib.

Belə ki, 2017-ci ildə noyabrın 10-da AFEN plazanın 6-cı mərtəbəsində partlayış olub. Ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb. Həmin vaxt xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisədən bir müddət sonra plazada yenilənmə işləri aparılıb.


Bakıda partlayış baş verən plazada 8 il əvvəl də yanğın olubmuş - FOTOBakıda partlayış baş verən plazada 8 il əvvəl də yanğın olubmuş - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026