• Bakı 18° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Gəncədə piyada xəsarəti ilə nəticələnən iki hadisə baş verib

HADİSƏ

27 Oktyabr 2025 | 09:32

Gəncədə piyada xəsarəti ilə nəticələnən iki hadisə baş verib

Gəncədə piyadanın vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisələrdən biri şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

    Belə ki, prospektlə hərəkətdə olan "QAZ 3110" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

    Digər hadisə isə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. 1986-ci il təvəllüdlü K.Quliyeva yolu keçən zaman avtomobil onu vurub. Qadın xəstəxanaya yerləşdirilib, hazırda ona yardım edilir. Baş verən ərazilərə polis əməkdaşları cəlb edilib.

    Faktlarla bağlı araşdırmalar aparılır.


    SON XƏBƏRLƏR

    26 Oktyabr 2025