Oğuzda baş verən qəzada ölən və xəsarət alanların adları açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı sürücü - rayonun Dəymədağlı kənd sakini 1991-ci il təvəllüdlü Əzimov Sakit Bayram oğlu ölüb. Həmin kənd sakini - 1989-cu il təvəllüdlü Hüseynov Səxavət və 1991-ci il təvəllüdlü rayonun Sincan kənd sakini Qarayev Röyal xəsarət alıblar.
20:44
Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində olub.
Belə ki, hərəkətdə olan “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, rayonun Dəymədağlı kənd sakini 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, 2 nəfər isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır./“Qafqazinfo”
Bakı 



