• Bakı C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Bakıda DƏHŞƏT: Ana 3 günlük körpəsini dənizə ataraq öldürdü - YENİLƏNİB

HADİSƏ

25 Noyabr 2025 | 21:27

Bakıda DƏHŞƏT: Ana 3 günlük körpəsini dənizə ataraq öldürdü - YENİLƏNİB

Bakının Türkan qəsəbəsində ananın üç günlük körpəsini dənizə ataraq öldürməsinin bir sıra təfərrüatları məlum olub.

Bakıvaxtı.az teleqraf.com-a istinadən bildirir ki, hadisə 14 gün öncə baş verib.

Noyabrın 11-də 1984-cü il təvəllüdlü Eyvazova Pərvanə Telman qızı saat 17 radələrində körpəsini dənizə ataraq öldürüb.

Aparılan araşdırma zamanı bəlli olub ki, 41 yaşlı qadın hadisədən üç gün öncə oğlan uşağını Bakıda 3 saylı Doğum Evində dünyaya gətirib.

Məlumata görə, Pərvanə həyat yoldaşından boşansa da, Binə qəsəbəsində eyni evdə yaşayırlar. Onların qızları ali məktəbdə oxuyur.

Pərvanənin keçmiş həyat yoldaşının dənizdə işlədiyi bildirilir. Türkanda yaşayan atasının isə yataq xəstəsi olduğu deyilir.

Onun hansı səbəbdən bu addımı atması isə istintaq zamanı bəlli olacaq.

Qeyd edək ki, faktla bağlı P.Eyvazova saxlanılıb, rayon prokurorluğunda araşdırma aparılır.

 

11:21

Bakıda ana yeni doğulan uşağını dənizə atıb.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Türkan qəsəbəsi ərazisində qeydə alınıb. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayəti törədən körpənin anası 41 yaşlı şəxs müəyyən olunaraq saxlanılıb.  

Hazırda prokurorluqda araşdırmalar davam edir, körpənin meyitinin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

09 Yanvar 2026