• Bakı 13° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

“Soyuq əllər, isti ürək”də köşk YANDI - YENİLƏNİB + VİDEO

HADİSƏ

26 Noyabr 2025 | 00:37

“Soyuq əllər, isti ürək”də köşk YANDI - YENİLƏNİB + VİDEO

Bakının Nizami küçəsində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə Bakıvaxtı.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Noyabrın 25-də saat 18:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub", - məlumatda qeyd olunub.

 

19:13

Bakının Nizami küçəsində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yanğın Fəvvarələr meydanında köşklərin birində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının hadisə yerinə cəlb edildiyi və yanğının qısa müddətdə söndürüldüyü bildirilib.

Qeyd edək ki, yanğınla bağlı görüntüləri “Operativ Media” yayıb.

 


SON XƏBƏRLƏR

03 Aprel 2026