• Bakı 15° C

    13.93 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Qubada avtomobil ağaca çırpılıb: ölən və xəsarət alan var - FOTO

HADİSƏ

27 Sentyabr 2025 | 00:43

Qubada avtomobil ağaca çırpılıb: ölən və xəsarət alan var - FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda qəza baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb.

Avtomobildə olan sərnişin - 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

26 Sentyabr 2025