• Bakı 24° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Zelenski Avropa Komissiyasının rəhbəri ilə Kiyevə hücumu müzakirə etdi

SİYASƏT

28 Avqust 2025 | 19:15

Zelenski Avropa Komissiyasının rəhbəri ilə Kiyevə hücumu müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə Kiyevə qarşı həyata keçirilən hücumları müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında paylaşım edib.

O, son hücumların Ukraynaya vurulan ən böyük zərbələrdən biri olduğunu qeyd edib. Həmçinin, Zelenski Rusiyanın əsas hədəf olaraq Kiyevi seçdiyini vurğulayıb.

Zelenskinin sözlərinə görə, görüşdə münaqişənin həlli, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi və ölkənin Avropa İttifaqına inteqrasiyası məsələləri müzakirə olunub. Eyni zamanda, Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin təsiri də gündəmə gəlib.

Daha əvvəl Zelenski atəşkəs əldə olunsa belə, Kiyevə 2,5 milyon artilleriya mərmisi verilməsini tələb etmişdi. Bu tələblər, münaqişənin davam etdiyi şəraitdə Ukraynanın hərbi potensialını gücləndirmək məqsədini daşıyır.


SON XƏBƏRLƏR