• Bakı 23° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı - FOTOLAR

CƏMİYYƏT

16 Yanvar 2026 | 11:54

Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Məhərrəmov Kamil Vırıcıxan oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib.

Agentlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, baxış zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində divar səthləri təmirsizdir və dezinfeksiyaya davamlı materialdan hazırlanmayıb, xəmirin hazırlanmasında istifadə edilən avadanlıqlar korroziyaya uğrayıb, qida məhsulu ilə təmasda olan masa, alət və avadanlıqlar təmiz saxlanılmır, temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə olunan su filtrasiyadan keçirilmir, müvafiq təmizlik işləri görülmür, işçilər xüsusi geyimlə təmin edilməyib və digər tələblər pozulub.

Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, çörək emalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.


Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı - FOTOLARAntisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı - FOTOLARAntisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026