• Bakı 18° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Professor: Tarixi yaddaş gələcək nəsillərə ötürülməlidir

SİYASƏT

16 Yanvar 2026 | 11:56 | Müəllif: Əli Hüseynov

Professor: Tarixi yaddaş gələcək nəsillərə ötürülməlidir

Biz bu layihəyə ilk gündən böyük əzmlə başladıq. Bu gün artıq on minlərlə gəncin, tədqiqatçının və mütəxəssisin bu resurslardan istifadə etdiyini görürük. Bu, layihənin cəmiyyət üçün nə qədər faydalı olduğunu açıq şəkildə göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri filologiya üzrə elmlər doktoru, professor, Bakı Avrasiya Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Elmira Məmmədova-Kekeç “Əzəli yurd” layihəsi çərçivəsində hazırlanmış “Tarixi yurda qayıdış: Qərbi Azərbaycan sənəd və mənbələrdə” adlı elektron kitabın rəsmi təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan təkcə bir coğrafiya deyil. Azərbaycan məscidlərimizin, kəndlərimizin, ailə yaddaşımızın, tarixi və mədəni irsimizin yaşadığı məkandır. Bu torpaqlar bizim kimliyimizin, yaddaşımızın və mənəvi bağlarımızın ayrılmaz hissəsidir:

“Məhz buna görə də bu layihə yalnız elmi və ya texniki təşəbbüs deyil, eyni zamanda milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026