• Bakı 10° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

İlham Əliyev Münxendə Zelenski ilə görüşdü - YENİLƏNİB + FOTOLAR

SİYASƏT

14 Fevral 2026 | 19:33

İlham Əliyev Münxendə Zelenski ilə görüşdü - YENİLƏNİB + FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Azərbaycan və Ukrayna prezidentləri ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

18:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


SON XƏBƏRLƏR

13 Fevral 2026