“PAŞA Holding” və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü olan Fərqindəlik Layihəsinin "Erkən müayinə can qurtarır!" aksiyasının 3-cü mərhələsi yekunlaşıb. Bununla bağlı bir il ərzində 30 rayonda insanları müayinə edən həkimlərə və tərəfdaşlara təşəkkür gecəsi reallaşdırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, gecədə bir ilin nəticələri haqqında danışılıb, həkimlərin təəssüratları bölüşülüb. Layihədə əməyi keçən həkimlər, eyni zamanda, layihənin reallaşmasında rolu olan hər kəs təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, ötən ilin mart ayında Göyçay rayonunda start götürən “Erkən müayinə can qurtarır!” aksiyası 30 bölgəmizdə səyyar müayinələr təşkil edərək insanları erkən müayinələrə təşviq edib. Bu dönəmdə 18 min 374 nəfər müayinə olunub, 3653 nəfərdə ilkin şəkər aşkarlanıb və onlar qlükometr cihazı ilə təmin ediliblər. 158 nəfər daha ciddi sağlamlıq problemi olanlar müvafiq həkimlərə və qurumlara yönəldilərək sağlamlıqlarına qovuşmaları üçün tədbirlər görülüb.
Bakı 









