• Bakı C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquqa söykənən strateji hədəfdir

SİYASƏT

16 Yanvar 2026 | 11:42

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquqa söykənən strateji hədəfdir

Azərbaycan xalqının qayıdış hüququnun nə qədər geniş miqyaslı və prinsipial məsələ olduğu göz önündədir. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov  “Əzəli yurd” layihəsi çərçivəsində hazırlanmış “Tarixi yurda qayıdış: Qərbi Azərbaycan sənəd və mənbələrdə” adlı elektron kitabın rəsmi təqdimat mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, heç bir halda belə təsəvvür yaranmamalıdır ki, bu qədər böyük bir xalqın qayıdış hüququ bir qrup insanın iradəsi ilə arxa plana keçə bilər.

Rəhbər xatırladıb ki, indiki Ermənistan ərazisindən minlərlə azərbaycanlı zorla çıxarılıb və bu proses azərbaycanlıların fundamental hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunub. Onun sözlərinə görə, bu məsələyə artıq köhnə yanaşmalarla deyil, yeni prizmadan, beynəlxalq hüquq və müasir siyasi reallıqlar əsasında baxmaq lazımdır.

Qalib Qasımov qeyd edib ki, Qərbi Azərbaycana qayıdış bu gün təkcə tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın strateji siyasi hədəflərindən biridir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl işlər görülür, beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsi, hüquqi əsasların möhkəmləndirilməsi və beynəlxalq sənədlərə istinad xüsusi əhəmiyyət daşıyır.

Beynəlxalq insan hüquqları konvensiyaları, mülki və siyasi hüquqlarla bağlı sənədlər azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququnu açıq şəkildə tanıyır. Son bir il ərzində Qərbi Azərbaycan məsələsi ilə bağlı 330-a yaxın beynəlxalq bəyanatın səsləndirilməsi də bu mövzuda qlobal marağın artdığını göstərir:

“İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla bir sıra beynəlxalq platformalarda qəbul edilən qətnamələr, xüsusilə İstanbulda keçirilən toplantılar Qərbi Azərbaycana qayıdış məsələsinin siyasi və hüquqi mövqeyini daha da gücləndirib. Bu prosesin məqsədi isə aydındır: qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması və praktiki mərhələyə keçid”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

15 Yanvar 2026