• Bakı C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Ağadadaş Ağayev: "Hələ də eyni ruhu qoruyuram..." - MÜSAHİBƏ

MƏDƏNİYYƏT

16 Yanvar 2026 | 10:01

Ağadadaş Ağayev: Hələ də eyni ruhu qoruyuram... - MÜSAHİBƏ

Musiqi insan ruhunu danışdıran ən güclü vasitələrdən biridir.

Hər notda, hər ritmdə bir hekayə, bir hiss, bir yaşanmışlıq gizlənir. Azərbaycanda musiqi ənənələri dərin və zəngin tarixə malikdir və bu ənənələri davam etdirən sənətkarlar gənc nəsillərə ilham verir.

Bu baxımdan, Xalq artisti Ağadadaş Ağayev kimi sənətkarların fəaliyyəti xüsusilə önəmlidir. Onun yaradıcılığı yalnız səslə yox, eyni zamanda xalqın ruhunu əks etdirən bir mədəni irs kimi dəyərləndirilir.

Bu səbəbdən onunla söhbətimiz musiqidən başladı və sənət, gənclərin rolu, həmçinin dövlətlə sənət arasındakı əlaqələr barədə dərin fikirlərə yol açdı.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Hazırda sənət həyatınız necə gedir?

Sənətim də çox gözəldir, ürəyim istəyən kimidir, hər şey yolundadır. Şükürlər olsun ki, gəncliyimdəki, keçmiş illərdəki kimi eyni ruhu qoruyuram. Studiya işlərimi davam etdirirəm və yaradıcılıq proseslərini bərpa edirəm.

- 2026-cı il üçün sənət və Türk Dünyası ilə bağlı hansı perspektivləri görürsünüz?

- 2026-cı ildə ümumiyyətlə, Türk Dünyası üçün nur saçan perspektivlər görürəm. Arzu etdiyimiz gözəl günlər yaxın tarixlərdə bizi gözləyir.

- Sizcə, xalqımızın və gənclərin musiqi sahəsində rolu necədir?

Bizim xalqımız çox mükəmməl xalqdır, istedadlar hər zaman ortaya çıxır, ələk kimi seçilir. İstedadsız insanlar gəlir-gedir; onlar bu ələkdən keçmək üçündür.

Sənət böyük bir dəryadır və Azərbaycanda bu bəxşeyiş Allah tərəfindən göndərilmiş təsdiqini tapır. Hər kəs həyatında çarpışır, müəyyən sosial təminat yaratmaq istəyir.

- Bəziləri gənclərin musiqi sahəsində hələ hazır olmadığını, yaxşı oxuya bilmədiklərini deyir. Siz bu fikirlə razısınız?

Gənclər səhvlər edə bilər, amma bu normaldır. Onların yolu zamanla formalaşır. Biz artıq klassik musiqi təqdim edən sənətkarlar kimi qəbul edilirik və gənclər də öz təyinatlarını tapacaq. Musiqi böyük bir xəzinədir; bəzi dedi-qodular, məsələn, “gənclər oxuya bilmir” kimi fikir yalnız qısa müddətlik yanlış qiymətləndirmələrdir.

- Dövlət və musiqi arasında bir əlaqə varmı?

- Dövlətimizin mövcudluğunu ruhumuzla hiss etməliyik. Onun necə yarandığını yalnız ruhumuzla, Rəbbimizlə anlaya bilərik. Dövlət və sənət bir-birini tamamlayır, ruhumuz dövlətimizlə birlikdə güclənir, sənətimiz isə xalqın içindən çıxan səsdir.

Rəşid Muxtar


SON XƏBƏRLƏR

15 Yanvar 2026