• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

AFFA rəsmiləri Türkiyədə olublar

İDMAN

15 Yanvar 2026 | 17:46

AFFA rəsmiləri Türkiyədə olublar

AFFA rəsmiləri Türkiyə Futbol Federasiyasına (TFF) məxsus Riva Həsən Doğan Milli Komandaların Təlim-Mərkəzinə təcrübə səfəri həyata keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Səfərdə baş katibin müşaviri Orxan Həsənov, İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəhbəri Sabir İsmayılov iştirak ediblər. Tədbir çərçivəsində yerli federasiyanın infrastruktur üzrə məsul nümayəndələri ilə görüşlər keçirilib və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Həmçinin səfər zamanı Təlim-Mərkəzin ümumi ərazisinə baxış təşkil olunub.


SON XƏBƏRLƏR