• Bakı 14° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

İkiqat olimpiya çempionu karyerasını başa vurub

İDMAN

14 Fevral 2026 | 12:39

İkiqat olimpiya çempionu karyerasını başa vurub

ABŞ-nin basketbol yığmasının heyətində ikiqat olimpiya çempionu olmuş Kris Pol karyerasını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, təcrübəli oyunçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Ötən yay "Los-Anceles Klippers"ə qayıdan basketbolçu 2025/2026 mövsümünün onun karyerasında sonuncu olacağını açıqlamışdı. O, bu ayın əvvəlində "Toronto Reptors"a keçsə də, ötən gün klubla yolları ayırıb.

Qeyd edək ki, oyunçu cari mövsüm ümumilikdə 16 matçda meydana çıxıb. O, 2008 və 2012-ci ildə ABŞ millisinin heyətində olimpiya çempionu adını qazanıb.


SON XƏBƏRLƏR

13 Fevral 2026