• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Millimiz beynəlxalq yarışda ikinci oldu - YENİLƏNİB

İDMAN

15 Mart 2026 | 14:41

Millimiz beynəlxalq yarışda ikinci oldu - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, finalda Niderland seçməsi ilə üz-üzə gələn yığma 12:21 hesabı ilə uduzub.

Milli daha əvvəl ABŞ-a qarşı keçirdiyi yarımfinal matçında 22:20 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edib.

***

12:04

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinalda ABŞ millisi ilə qarşılaşan komanda 22:20 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi finalda Niderland yığması ilə qarşılaşacaq. Fİnal görüşü Bakı vaxtı ilə saat 14:05-da başlayacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026