• Bakı C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulur

İDMAN

14 Fevral 2026 | 09:33

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulur

Azərbaycan Basketbol Liqasında bu gün XVII tura yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə "Şəki" evdə "Neftçi"ni qəbul edəcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.

Turun son matçı Bakı İdman Sarayında NTD və "Sabah" komandaları arasında baş tutacaq. Bu görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107), "Abşeron Lions" "Gəncə"ni (81:71), "Ordu" isə "Quba"nı (98:87) məğlub edib.


SON XƏBƏRLƏR

13 Mart 2026