q
  • Bakı 13° C

    1.83 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

AAYDA-nın sədri sürüşmə baş verən ərazidə - FOTO

    CƏMİYYƏT

    16 Aprel 2026 | 15:14

    AAYDA-nın sədri sürüşmə baş verən ərazidə - FOTO

    Aprelin 16-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Vüsal Nəsirli Quba–Qonaqkənd yolunda sürüşmə baş verən ərazidə olub.

    Bakıvaxtı.az xəbər verir ki, AAYDA-nın sədri, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və əlaqədar dövlət qurumlarının nümayəndələri yolun 42-ci kilometrliyində - torpaq sürüşməsi baş verən ərazidəki mövcud vəziyyət və çəkilən müvəqqəti alternativ yolun tikintisi ilə tanış olub, müvafiq tapşırıqlarını veriblər.

    Əraziyə baxış zamanı sürüşmənin fəsadları, problemlərin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

    Qeyd olunub ki, ərazidə müvafiq tədqiqatlar aparıldıqdan sonra yolun təhlükəsiz və fasiləsiz istifadəsinin təmin edilməsi məqsədilə lazımi tədbirlər həyata keçiriləcək.


    SON XƏBƏRLƏR