• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Dəmiryol Muzeyinə giriş sərbəst olacaq 

CƏMİYYƏT

16 May 2026 | 13:23

Dəmiryol Muzeyinə giriş sərbəst olacaq 

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı" günü keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, səhmdar cəmiyyəti ziyarətçiləri Azərbaycanın dəmir yollarının tarixi ilə tanış olmağa, keçmişlə bu gün arasında qurulan yolu birlikdə kəşf etməyə dəvət edir. Giriş sərbəstdir.

Qeyd edək ki, bu il "Muzeylər bölünmüş dünyanı birləşdirir" mövzusu ilə qeyd olunan Beynəlxalq Muzeylər Günü mədəniyyətin insanları bir araya gətirən gücünü ön plana çıxarır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026