• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Tramp Nobeli əlindən alan Maçado ilə görüşdü - YENİLƏNİB

DÜNYA

16 Yanvar 2026 | 01:11

Tramp Nobeli əlindən alan Maçado ilə görüşdü - YENİLƏNİB

Mariya Korina Maçado ilə ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan tarixi görüş yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, İki saatdan çox davam edən danışıqlardan sonra mətbuata açıqlama verən Maçado görüşün olduqca səmərəli keçdiyini bildirib.

O, ölkəsinin demokratik gələcəyi və azadlığı naminə Prezident Trampa tam güvəndiyini vurğulayıb:

“Venesuela xalqı üçün tarixi bir andır. Biz demokratik keçid prosesində ABŞ-nin sarsılmaz dəstəyinə inanırıq”.

Qeyd edək ki, Ağ Evdən ayrılan Maçadonun proqramı gərgindir. Onun növbəti saatlarda ABŞ senatorları və Konqres üzvləri ilə bir araya gələcəyi gözlənilir.

 

***15 yanvar, 23:22

ABŞ prezidenti Donald Trampın Ağ Evdə Venesuela müxalifətçi siyasətçisi Mariya Korina Maçado ilə görüşü başlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, Mariya Korina Maçado Nobel Sülh Mükafatını Amerika liderinə təhvil verməyə hazır olduğunu açıqlayıb.

2025-ci il Nobel Sülh Mükafatı Maçadoya "Venesuela xalqının demokratik hüquqlarının irəliləməsi uğrunda yorulmaz fəaliyyətinə" görə verilib.


SON XƏBƏRLƏR