• Bakı C

    9.58 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

İran XİN sözçüsü Nensi Pelosinin çağırışını tənqid edib

DÜNYA

15 Fevral 2026 | 00:40

İran XİN sözçüsü Nensi Pelosinin çağırışını tənqid edib

Nensi Pelosi ABŞ administrasiyasını İranın iqtisadiyyatını sarsıtmağa çağırır ki, adi iranlılar, hətta kənd sakinləri də əziyyət çəksinlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X"dəki hesabında yazıb.

"Siyasi təzyiq vasitəsi xatirinə mülki əhaliyə qəsdən ağrı və əziyyət vermək terrorizmin klassik tərifidir" , - Bəqai qeyd edib.

Onun fikrincə, Pelosinin çağırışı təkəbbürlü düşüncədən qaynaqlanır: "Bu cür davranış insanlığa qarşı cinayətə bərabərdir".

Xatırladaq ki, 2025-ci il noyabrın 6-da ABŞ Prezidenti Donald Tramp Nensi Pelosinin təqaüdə çıxmasını böyük hadisə adlandırıb. "O, pis, korrupsioner idi və ölkəmiz haqqında mənfi fikirdə idi", - Tramp bildirib.


SON XƏBƏRLƏR

14 Fevral 2026