• Bakı C

    9.29 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

ABŞ bazaları istifadə olunarsa, cavab veriləcək - İrandan Rumıniyaya xəbərdarlıq

DÜNYA

16 Mart 2026 | 23:23

ABŞ bazaları istifadə olunarsa, cavab veriləcək - İrandan Rumıniyaya xəbərdarlıq

İran Rumıniyanı ABŞ-ın ölkə ərazisində yerləşən hərbi bazalardan İrana qarşı əməliyyatlar üçün istifadə etməsinə icazə verəcəyi halda, siyasi və hüquqi cavab veriləcəyi barədə xəbərdar edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai həftəlik mətbuat konfransında bildirib. O qeyd edib ki, Tehran digər ölkələri münaqişəyə cəlb olunmamağa çağırır.

“Əgər Rumıniya ABŞ-a öz hərbi bazalarından istifadə etməyə icazə versə, bu, İrana qarşı hərbi təcavüzdə iştirak kimi qiymətləndiriləcək”, – deyə iranlı diplomat vurğulayıb.

Esmail Bəqainin sözlərinə görə, belə bir addım beynəlxalq hüquq baxımından qəbuledilməz hesab olunacaq və Rumıniya üçün “beynəlxalq məsuliyyət” yarada bilər.

Qeyd olunur ki, Rumıniyada NATO və ABŞ qüvvələrinin istifadə etdiyi bir neçə hərbi obyekt mövcuddur və ölkə alyansın Qara dəniz regionundakı əsas hərbi-logistik mərkəzlərindən biri hesab olunur.


SON XƏBƏRLƏR

16 Mart 2026