• Bakı C

    9.58 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Makron bizi devirmək üçün əlindən gələni edir - Çiani

DÜNYA

14 Fevral 2026 | 23:26

Makron bizi devirmək üçün əlindən gələni edir - Çiani

Niger Prezidenti Əbdürrəhman Çiani Fransanın Prezidenti Emmanuel Makronu Niger hakimiyyətini devirmək üçün əlindən gələni etməkdə ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çiani ölkənin dövlət telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Makron Nigerin müstəqillik, suverenlik və özünü təminetmə yolunu seçmiş mövcud hakimiyyətini devirmək niyyətindədir.

Prezident, həmçinin Nigerin paytaxtı Niamey yaxınlığında baş verən hava limanı hücumunun ölkədə vəziyyəti gərginləşdirmək üçün planının bir hissəsi ola biləcəyini söyləyib. Çiani bu iddialarını Fransanın regiondakı fəaliyyətləri ilə əlaqələndirib.

Qeyd edək ki, Fransa bu ittihamları rədd edib və ölkənin siyasi vəziyyətinə müdaxilə niyyətində olmadığını bildirib./Axar.az


SON XƏBƏRLƏR

14 Fevral 2026