Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi süni intellekt texnologiyası əsasında fəaliyyət göstərəcək “İmam AI” mobil tətbiqini istifadəyə verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Ali Müftisi Naurızbay hacı Taqanulı məlumat verib.
Onun sözlərinə görə, tətbiqin 2026-cı ildə təqdim edilməsi planlaşdırılır.
Müfti bildirib ki, proqramın əsas məqsədi etibarlı mənbələrə istinadən dindarların suallarına operativ cavab vermək və ruhanilərin üzərinə düşən iş yükünü azaltmaqdır:
“Müasir tələblərə uyğun olaraq, süni intellekt imkanlarını dini sahəyə sistematik şəkildə tətbiq etməliyik”.
Qeyd edək ki, bu il Qazaxıstanda “Rəqəmsallaşma və Süni İntellekt İli” elan olunub.
Bakı 




