• Bakı 11° C

    14.86 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Putinlə görüşmək üçün bu tələb 6 ildən sonra ləğv edildi

DÜNYA

14 Fevral 2026 | 16:06

Putinlə görüşmək üçün bu tələb 6 ildən sonra ləğv edildi

Kreml Prezident Vladimir Putinlə görüşməyi planlaşdıranlar üçün ilkin karantin tələbini rəsmi olaraq yalnız indi ləğv edib. Xatırladaq ki, Putinlə görüş üçün karantin 2020-ci ildə COVID-19 pandemiyası fonunda tətbiq edilməyə başlamışdı.

Bakıvaxtı.az AzPolitika-ya istinadən xəbər verir ki, Rusiya mediasının yazdığına görə, COVİD-19 virusundan 6 il, onunla bağlı məhdudiyyətlərin rəsmən qaldırılmasından isə 4 il keçməsinə baxmayaraq, Putinlə görüş üçün karantində qalmaq tələbi son günlərə qədər qüvvədə olub.

Əvvəlcə təcrid müddəti iki həftə olub, 2023-cü ildə bu müddət beş günə endirilib. Putinin qonaqları, üz-üzə görüşmək və ya Putinlə yaxın təmasda olmaq üçün COVID-19, qrip və kəskin respirator virus infeksiyaları üzrə testdən keçməli idilər. Bu tədbirlər Federal Mühafizə Xidməti (FSO) tərəfindən ciddi şəkildə tətbiq olunurdu.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın 2023-cü ilin may ayında rəsmi olaraq bitdiyini elan edib. Lakin Rusiyada COVID-19 məhdudiyyətlərinin faktiki olaraq qaldırılması daha əvvəl baş verdi: 2022-ci ilin iyul ayında Rospotrebnadzor maskalar və sosial məsafə ilə bağlı mandatı ləğv etdi.

74 yaşlı Putin dünyada koronavirusla bağlı bu qədər sərt karantin tətbiq edən və onu bu qədər uzun müddət saxlayan yeganə dövlət başçısıdır. Bəzi siyasətçilər bu müddət ərzində onunla görüşməzdən əvvəl koronavirus üçün PCR testindən keçməkdən imtina ediblər və nəticədə onunla məsafədən söhbət ediblər.

Məsələn, 7 fevral 2022-ci ildə Putin Kremldə Fransa Prezidenti Emmanuel Makronla görüşmüşdü. Makron karantindən və testlərdən imtina etdiyi üçün Putindən 6 metr məsafədə, uzun stolun arxasında oturmalı olmuşdu.


SON XƏBƏRLƏR

13 Fevral 2026