• Bakı 14° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Rusiyada ana və 4 övladı yanğında ÖLDÜ

DÜNYA

14 Fevral 2026 | 13:33

Rusiyada ana və 4 övladı yanğında ÖLDÜ

Rusiyanın Xabarovsk diyarında fərdi yaşayış evində baş verən yanğın beş nəfərin həyatına son qoyub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 14-də Xabarovsk rayonunun Kukan kəndində, Novaya küçəsində qeydə alınıb.

Regional prokurorluğun məlumatına görə, yanğın nəticəsində bir qadın və onun dörd uşağı ölüb. Həlak olan uşaqlardan üçünün azyaşlı olduğu bildirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, son günlər Rusiyanın müxtəlif bölgələrində oxşar faciələr yaşanıb. Fevralın 12-də Vladivostokda çoxmənzilli binada baş verən yanğında üç uşaq həyatını itirib. Bundan əvvəl Ryazan vilayətinin Jeludevo kəndində ev yanğını nəticəsində ailənin dörd üzvü ölüb.

Hüquq-mühafizə orqanları bütün faktlarla bağlı araşdırma aparır.


SON XƏBƏRLƏR

13 Fevral 2026