Göygöl rayonu ərazisində yeni yarımstansiya tikiləcək.
Bakıvaxtı.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Belə ki, görüləcək işlər çərçivəsində 110/35/10 KV-luq 2X40 MVA gücündə yarımstansiya və idarəetmə mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması, 110 kV-luq "Daşkəsən 1-2" hava xəttindən budaqlanma ilə yeni yarımstansiyaya 110 kV-luq iki dövrəli hava xəttinin çəkilməsi(11,5 km) və mövcud elektrik veriliş xətlərində əsaslı təmir işləri aparılacaq.
“Azərişiq” ASC hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda ASC görüləcək işlərin 27,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Bakı 




