Azərbaycanda 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası ilə əlaqədar qeyri-rezident şəxslər üçün bir sıra vergi güzəştləri tətbiq ediləcək. Bu barədə qanun layihəsi parlamentdə son oxunuşda qəbul olunub.
Bakıvaxtı.az xəbər verir ki, dəyişikliklər 2026-cı ildə Bakıda keçiriləcək forumun təşkili ilə bağlı vergi azadolmalarını nəzərdə tutur. Forumun ölkədə keçirilməsi üçün 2023-cü il 22 dekabr tarixində Azərbaycan hökuməti ilə BMT arasında ev sahibi ölkə sazişi imzalanıb və qanunla təsdiqlənib.
Qanuna əsasən, forum çərçivəsində fəaliyyət göstərən qeyri-rezident şəxslərə aşağıdakı vergi güzəştləri tətbiq ediləcək:
WUF13 üzrə işlərə cəlb edilmiş qeyri-rezident fiziki şəxslərin əldə etdiyi gəlirlər gəlir vergisindən azad ediləcək;
Qeyri-maddi aktivlər və müəllif hüquqları üzrə ödənişlərə görə qeyri-rezident hüquqi şəxslər mənfəət vergisindən azad olunacaq;
Qeyri-rezident hüquqi şəxslərin iş və xidmətlərdən əldə etdiyi gəlirlər mənfəət vergisindən azad ediləcək;
Qeyri-rezidentlər tərəfindən göstərilən iş və xidmətlər, həmçinin təsdiqedici sənədlərlə malların idxalı ƏDV-dən azad ediləcək.
Vergi güzəştləri müvafiq təsdiqedici sənədlər əsasında 2025-ci il 1 sentyabrdan başlayaraq bir il müddətinə tətbiq olunacaq.
Bakı 




