• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-nin qərb sahillərində güclü zəlzələ baş verdi

DÜNYA

16 Yanvar 2026 | 09:50

ABŞ-nin qərb sahillərində güclü zəlzələ baş verdi

ABŞ-nin qərb sahillərində, Oreqon yaxınlığında 6 maqnitudada zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Seysmik hadisənin episentri təxminən 16.100 əhalisi olan Coos Bay şəhərindən 306 kilometr qərbdə qeydə alınıb. Geoloqların məlumatına görə, zəlzələnin episentri 7,1 kilometr dərinlikdə yerləşib.

İtki və ya dağıntı barədə məlumat verilməyib. Bundan əlavə, yerli hakimiyyət orqanları sunami xəbərdarlığı etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026